Keyslər

İlk yazı və ya yenidən xoş gördük dostlar

2010-cu ildə ölkədə bloqçuluq aktiv inkişaf edirdi, Azərbaycan bloqosferi, sanki, qaynayan qazan idi. Həmin vaxtlar aktiv bloqçulardan sayılırdım. Sonralar iş güc və s. səbəblərdən həmin bloqumun daşını atdım, ancaq vaxtaşırı bloq, sosial media təlimləri keçirdim. İndi başladığım bloq öncəkindən tam fərqlənir, çünki bu bloqda artıq rəqəmsal PR, rəqəmsal marketinq kimi rəqəmsal “şeylər”dən yazacağam.

Tez-tez dostlarla onlaynda və ya oflaynda baş verən hər hansı bir hadisənin PR, marketinq tərəfləri barədə müzakirə açır, atılan addımları analiz edir, fikir mübadiləsi aparırıq. Mən də bundan yola çıxaraq bu müzakirələri rəqəmsallaşdırmaq qərarına gəldim.

Mütamadi olaraq, müxtəlif vaxtlarda başımıza gələn real keyslərdən, SMM və ümumiyyətlə rəqəmsal sahədə baş verən məsələlərdən yazacağam, öz fikrimi bölüşməyə çalışacağam. Təbii ki, ən əsas faktor Sizsiniz. Sizin də müzakirəyə qoşulmağınız, fikirlərinizi bildirməyiniz çox önəmlidir.

Düşünürəm ki, yeni bloqum ən azı bu sahəyə yeni başlayanlar üçün faydalı olacaq. İnanıram ki, “sharing is caring”dir. Odur ki, bacardığım qədər, bildiyim qədər paylaşmağa çalışacağam 🙂

Fikir bildirin

şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir