8_deqiqe_s01e03_visual
8 Dəqiqə

“Hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz”

“Hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz” – Monteyn

Yeniliklər və fərqliliklər hər zaman insanlığı yeni hədəflər qoymaq üçün həyəcanlandırıb. Hədəflərin təyin edilməsi, əslində heç də bir neçə dəqiqədə həll olunacaq məsələ deyil. Hədəf təyin edərkən atalar demiş “Yüz ölçüb, bir biçmək lazımdır.”. Çünki səhv təyin edilən hədəf, ancaq ehtimal nəzəriyyəsinə görə ən son ehtimallarda düzgün nəticəyə gətirib çıxara bilər.

Hədəfin uğurlu olmasında həm hədəfin qoyuluş tərzi, həm də nəticəyə gedən yolda baş verəcək hadisə və risklərin doğru hesablanması mütləq rol oynayırlar.

Podkastda adı çəkilən formulalar və faydalı mənbələr:

GROW Formulası

1980-ci illərdə yaranan bu formulaya əsasən hədəf təyin edərkən bir neçə sualı ətraflı şəkildə cavablamaq lazımdır:

G – Goal (Hədəf): Nə etmək istəyirsiz? Əldə etmək istədiyiniz son nəticə nədir?
R – Reality(Gerçəklik) – Hazırda hansı mövqedəsiniz? Nəticəni əldə etməyinizin qarşısını alan hansı maneələr var?
O – Options (İmkanlar) – Nələr edə bilərsiniz? Hansı resurslara sahibsiniz? Özünüzdə (şirkətinizdə) bu maneələri aşmaq üçün hansı dəyişiklikləri etməyə hazırsınız?
W – Will (Nələri edəcəksən?) – Hansı addımları atacaqsınız? Əlinizdə olan resurları nəticə yönümlü daha yaxşı necə dəyişə və ya istifadə edə bilərsiniz?

Bu formulaya əsasən hədəflərin təyin edilməsi, bizim mövcud vəziyyəti daha yaxşı analiz etmək, imkanları dəyərləndirmək, riskləri hesablamaq bacarıqlarımızın da inkişaf etməsinə dəstək olacaq.

CLEAR Modeli

CLEAR modeli – 2008-ci ildə biznes koçu Adam Klerk tərəfindən SMART formulasının artıq kifayət qədər faydalı olmadığı iddiası ilə yaradılıb. CLEAR modelinə əsasən

C – Collaborative (Birgə iş şəraiti): Hər bir hədəf, uğurlu nəticəyə ola biləcək sosial ünsürlərin prosesə cəlb edilməsini özündə əks etdirməlidir.
L – Limited (Limitli): Hədəfin əldə edilməsi üçün mütləq zaman çərçivələndirilməsi olmalıdır.
E – Emotional (Emosional): Hədəfləriniz sizin həm fərd, həm qrup olaraq ən vacib dəyərlərinizə bağlı olmalıdır.
A – Appreciable (Təqdirəlayiq, hiss edilən): Əldə edilməsi hədəflənən nəticə böyük ola bilər, lakin bunun üçün atılacaq addımlar kiçik və fərqinə varılan olmalıdırlar.
R – Refinable ( Dəyişdirilə bilən): Hədəflər güclü, ancaq baş verə biləcək hər hansı bir gözlənilməz hadisə zamanı, dəyişdirilə və uyğunlaşdırıla bilən olmalıdır.

Faydalı alətlər və mənbələr

https://usetaski.com/ – bu aləti SMART hədəfləri təyin edərkən istifadə edə bilərsiniz. Onlayn vizual konstruktor sizə SMART formulasına uyğun hədəfləri vizual olaraq aydın şəkildə görməyinizə kömək edəcək. Aləti SWOT, RICE və bir çox  formula üçün istifadə edə bilərsiniz.

Hədəf Təyinetmə nəzəriyyəsi – Edwin A. Locke

Hədəf təyin etmənin satınalma tezliyinə, hədəfin vizuallaşdırılması və müştərilən qorunması üzərinə aparılan araşdırma – Journal of Marketing Research

Düzgün hədəflər təyin edərək, onlara çatmağımız ümidi ilə.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir