Haqqımda

Hazırda PreMark-da Marketinq və marketinq strategiyaları üzrə məsləhətçi olaraq fəaliyyət göstərirəm.
2010-2012-ci illərdən etibarən Gənc Bloqçular Şəbəkəsi layihəsi çərçivəsində Şəki Bloqçular Klubunun koordinatoru olmuşam və həmin layihə çərçivəsində “Sosial Media, Bloqçuluq, İnternet media alətləri” mövzularında təlimlər keçmişəm. Həmçinin həmin illərdə “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi,”Yaradıcı Gənclər” İctimai Birliyi, “İnkişafa Doğru Sosial araşdırmalar” İctimai birliyi, “Qəbələ Regional Resurs Mərkəzi” kimi bir sıra Qeyri Hökumət Təşkilatlarının keçirdiyi media və bloqçuluqla bağlı layihələrdə təlimçi olaraq fəaliyyətim olub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnformasiya Texnologiyalari Mühəndisi” ixtisasına üzrə bakalavr təhsili almışam. Hazırda Türkiyənin Marmara Universitetində, Reklam və Tanıtım ixtisası üzrə magistr təhsili alıram.
Azərbaycanda keçirilən bir çox yerli və beynəlxalq media layihələrinin təşkilat komandasında çalışmışam.