8 Dəqiqə

Epidemiya və marketinq

Hazırda şirkətlərin marketinq departamentlərinin, agentliklərin və fərdi məsləhətçilərin üzərinə hər zamankından daha böyük məsuliyyət düşür. Çünki şirkət rəhbərliyi onlardan büdcə optimizasiyası üçün təkliflər gözləyir, bəzən isə büdcələrin azaldıması üçün basqı edirlər.

Epidemiya periodu şirkətlər üçün rəqəmsal mövcudluqlarını artırmaq və ya yoxdursa yaratmaq üçün uyğun vaxtdır. İşlərimiz əvvəlki qədər çox olmaya bilər, lakin çox vacib bir resursumuz indi daha çoxdur – vaxtımız! Bu resursu səmərəli istifadə etmək lazımdır.

Mövcud marketinq strategiyamızı indiki vəziyyətə uyğunlaşdırmaq üçün aşağıdakı alətlər faydalı ola bilər:

Google Trends: Google axtarış sistemində həyata keçirilən axtarış trendlərinin necə dəyişdiyini izləməyə imkan verən alətdir. Google Trends vasitəsi ilə bizə maraqlı olan açar sözləri üzrə axtarışların sıxlığını görə, digər açar sözləri ilə müqayisə edə bilərik.

Website Grader: Hubspot-un məhsulu olan bu sayt sizə saytınızı analiz edərək, hesabat təklif edəcək. Veb saytınızın istifadəçilər üçün rahat olması, sürətli şəkildə işləməsi çox vacibdir.

Canva: Xüsusi dizayn bacarıqları tələb etməyən, sosial media kanalları üçün vizuallar hazırlamağa imkan verən onlayn servisdir. Hazır şablonlardan istifadə edərək, qısa zaman ərzində istədiyiniz fotonu hazırlaya bilərsiniz.

If This Then That (IFTTT): Müxtəlif onlayn prosesləri avtomatlaşdırmaq üçün faydalı alətdir. Məsələn, şirkətinizin instagram səhifəsində yeni foto paylaşdıqda, həmin fotonu avtomatik olaraq Tvitterdə paylaşmaq üçün proses yaratmaq mümkündür.

Podkastda istifadə olunan mənbələr:

Wordstream, Google Reklamları hesabatı
Edelman, Epidemiya və Şirkətlərin davranışları istiqamətində araşdırma
Facebook-un şirkətlərə tövsiyələri
Procter and Gamble marketinq xərclərini artırır

Unutmayaq, bütün böhranların bir ortaq cəhəti var – bir gün mütləq bitirlər!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir