Blog Photo
Keyslər

Bilinməyən infeksiya, təmiz su və pulsuz taksi

Dünəndən bəri sosial medianın gündəmi su ilə bağlı xəbərdir. Deməli məsələ başlayıb WhatsApp-da səsyazısının göndərilməsi ilə və böyüyüb, yayılıb. Səhiyyə Nazirliyi də bu haqda açıqlama verdi. Yayılan xəbərlərdə infeksiyanın səbəbi kimi su göstərilir. Yazının məqsədi infeksiyanın səbəblərini araşdırmaq, suyun tərkibini təhlil etmək və s. deyil. Bunu rəsmi qurumlar edəcək təbii ki. Mən isə, bu məsələdə şirkətlərin, birbaşa olaraq su satışı ilə məşğul olan şirkətlərin hansı addımı ata biləcəklərindən danışmaq istəyirəm.

Qeyd edim ki, bu kimi məsələlər kifayət qədər həssas mövzulardır, bu hallarda diqqətli olmaq lazımdır, RTM etmək istərkən, imicimizi zədələyə bilərik. 2 il öncə bina yanğını zamanı bir sığorta şirkəti uğursuz bir RTM etmişdi və ciddi qınağa məruz qalmışdı. Ona görə də yüz ölçüb, bir biçib hərəkət etmək lazımdır.

“Su hadisəsi” ilə bağlı ilk addımı “Alo Taksi” şirkəti atdı. Belə ki, şirkət Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına və Sumqayıt şəhəri Gigiyena Epidemiologiya Mərkəzinə pulsuz gedişlər təqdim etdi. Şirkət bir addımla həm Korporativ Sosial Məsuliyyət addımı atmış oldu, həm də Real Time Marketing etdi. Nəticədə yeni yaranan bir taksi şirkəti kifayət qədər çox tanındı, paylaşıldı və üstəlik insanlar tərəfindən sevildi.

Su satışı ilə məşğul olan bir neçə şirkətin Facebook səhifələrini analiz etdim, hər hansı addım görmədim. Halbuki, bu məsələ birbaşa onların münasibət bildirməli olduğu mövzudur. Yuxarıda qeyd etdiyim kimi, həssas mövzudur və imicimizi zədələyə bilmərik, hər şeyi hesablayıb addım atmalıyıq. Yəni “bizim sudan alsaydınız, belə olmazdı” demək olmaz. Ancaq əvəzində su satışı ilə məşğul olan bir şirkət, gedib Sumqayıtda və ya Tağıyev qəsəbəsində bir neçə maşınla səyyar şəkildə insanlara pulsuz su paylasaydı və kommunikasiyanı da düzgün qursaydı, kifayət qədər gözəl addım olacaqdı. Bu addımı atarkən kommunikasiyanı da “Rəsmi şəkildə səbəb açıqlanana qədər, sizi su ilə təmin edirik.” tipində qursaydılar, həm Azərsu ilə gələcəkdə problem yaranmayacaqdı, həm insanlar bu addıma qəzəblə yanaşmayacaqdılar.

Amma, ancaq və lakin belə bir addım görmədik təəssüf ki.

Fikir bildirin

şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir